Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: «SİMA İmza»

Sabahdan – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir.


Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq.


Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.


Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır. “SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış edə bilərlər.


Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır.


Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsqal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur. “SİMA İmza” haqqında SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb.


Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur.


Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


The post Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: «SİMA İmza» appeared first on InfoCity.


Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: «SİMA İmza»

Сообщает infocity.tech

 

Опубликовано: 15:00, 31.05.2026

 

Новость из рубрики: Политика

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Цифровая подпись SİMA теперь в Birbank! 12:00, 26 Май Цифровая подпись SİMA теперь в Birbank! Биометрическая цифровая подпись нового поколения SİMA интегрирована в мобильное приложение “Birbank”. Теперь пользователи при регистрации в приложени...